Dünya

Suriyada İŞİD liderlərindən biri məhv edilib

24 Jun 2026, 17:58 1 baxış
Suriyada İŞİD liderlərindən biri məhv edilib
ABŞ silahlı qüvvələri (SQ) Suriyanın şimal-qərbində hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birini məhv edib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ SQ-nin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qurumun yaydığı məlumata görə, əməliyyat iyun ayının 19-da Əli Hüseyn əl-Uləviyə qarşı keçirilib. Hazırda hadisənin baş verdiyi konkret məkan və əməliyyatın digər detalları gizli saxlanılır. Bildirilir ki, hücum Vaşinqtonun "ABŞ-nin ərazisinə və ya xarici ölkələrdəki vətəndaşlarına zərər yetirməyə cəhd edən terrorçuları zərərsizləşdirmək" strategiyasının davamı kimi həyata keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər