Dünya
Fransa kəskin istilər fonunda meşə yanğınları ilə də mübarizə aparır - VİDEO
Fransada ekstremal istilər fonunda başlayan meşə yanğınları nəticəsində yüzlərlə hektar əraziyə ziyan dəyib. Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Yanğın ocaqlarından biri ölkənin cənub-qərbindəki Lot-e-Qaronn departamentində qeydə alınıb və 87 hektar ərazini əhatə edib. Alovla mübarizəyə 180-dən çox yanğınsöndürən cəlb edilib. Daha bir yanğın şimal tərəfdə, Men-e-Luar departamentindəki meşədə baş verib. Son məlumatlara görə, yanğının əhatə dairəsi 85 hektar təşkil edib. Hadisə yerində 200-ə yaxın yanğınsöndürən və onlarla texnika çalışıb. Endr departamentində də yanğın söndürülüb, orada meşə yaxınlığındakı 40 hektar tarla yanıb. İki yanğınsöndürən xəsarət alıb.

Mənbə
oxu.az