Dünya

Macarıstanda gizli agentlərin kimliyi ifşa olunacaq

24 Jun 2026, 17:00 2 baxış
Macarıstanda gizli agentlərin kimliyi ifşa olunacaq
Macarıstanın yeni formalaşmış hökuməti ölkədə sosializm dönəmində fəaliyyət göstərmiş dövlət təhlükəsizlik xidməti agentlərinin məlumatlarının ictimailəşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Oxu.Az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar məlumat verib. "Biz agentlərin dosyelərinin açılması ilə bağlı qanun layihəsini parlamentə daxil etdik. Bunu həyata keçirməyi öz üzərimizə öhdəlik kimi götürmüşdük. Beləliklə, onilliklər ərzində yığılıb qalmış borcumuzu ödəmiş olacağıq", - baş nazir özünün "Facebook" səhifəsində yazıb. Qeyd edək ki, hakimiyyətə gəldikdən sonra Madyar bəyan etmişdi ki, yeni Nazirlər Kabineti Dövlət Təhlükəsizliyi İdarəsinin agent şəbəkəsinin sənədlərini aşkar edəcək və həmin qurumun, eləcə də Macarıstan Sosialist Fəhlə Partiyasının 1956-1989-cu illərdə yerləşdiyi binadan istifadə etməkdən imtina edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər