Şou biznes

Dastin Hoffman və Jülyet Binoş Karlovı-Varı festivalının əsas mükafatı ilə təltif olunacaqlar

24 Jun 2026, 02:48 3 baxış
Dastin Hoffman və Jülyet Binoş Karlovı-Varı festivalının əsas mükafatı ilə təltif olunacaqlar
Amerikalı aktyor Dastin Hoffman və fransalı aktrisa Jülyet Binoş Karlovı-Varı Beynəlxalq Kino Festivalının əsas mükafatı ilə təltif olunacaqlar. Ali mükafata həmçinin operator Robert Riçardson da layiq görüləcək. Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə kinofestivalın icraçı direktoru Kriştof Muxa məlumat verib. "Onların hər biri festivalın "Kristal Qlobus" mükafatını alacaq. Bu mükafata dünya kinematoqrafiyasına görkəmli töhfələrinə görə layiq görülüblər", - deyə o bildirib. Karlovı-Varı Beynəlxalq Kino Festivalı Avropanın ən qədim kino festivallarından biridir. Festival ilk dəfə 1946-cı ilin avqustunda keçirilib. Bu il festival iyulun 3-dən 11-dək təşkil olunacaq. Əsas müsabiqə tammetrajlı bədii və sənədli filmlər üzrə keçirilir. Bu bölmədə təqdim olunan filmlərə əsas mükafatlar verilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər