İran MAQATE-ni qəbul etməyə razılaşdı - Vens
ABŞ Prezidenti Donald Trampın da dediyi kimi, bəzən atəşkəs sadəcə olaraq tərəflərin bir-birinə əvvəlkindən bir qədər az atəş açması demək olur.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Əmin olmaq istəyirdik ki, lazımi koordinasiya mexanizmləri qurulub. Belə ki, əgər atışma baş verərsə, məsələn, Hizbullah İsrailə atəş açarsa və ya İsrail cavab verərsə, tərəflər bir-biri ilə əlaqə saxlayaraq vəziyyəti müzakirə etsin və atəşin dayandırılması üçün çıxış yolu tapsınlar.
İranlılar MAQATE müfəttişlərini ölkələrinə dəvət etməyə razılıq veriblər.
Növbəti 60 gün burada qala bilmərəm. ABŞ-a qayıdacağam. Texniki qruplar işləməyə davam edəcək”, - o əlavə edib.
Qeyd edək ki, dünən İsveçrədə İran, ABŞ və Qətər arasında Livanda atəşkəs və İranın aktivlərinin blokdan çıxarılması ilə bağlı üçtərəfli danışıqlar keçirilib.