Digər
1580-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 1580-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 167 044 PUA-sı, 662 zenit-raket kompleksi, 29 870 tank və digər zirehli texnikası, 1 746 reaktiv yaylım atəş sistemi, 35 454 artilleriya və minaatanı, 64 658 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Mənbə
axar.az