Digər

Ukrayna ordusu Voroneji vurdu - Video

22 Jun 2026, 13:22 11 baxış
Ukrayna ordusu Voroneji vurdu - Video

Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə raket zərbələri endirib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.


Məlumata görə, zərbələr “Storm Shadow” raketləri ilə endirilib və şəhərin bir sıra ərazilərində partlayışlar baş verib.


Hücum nəticəsində Yarımkeçirici Cihazlar Zavodu vurulub.


Zavod Rusiyanın əsas elektron komponent istehsalçılarından biri hesab olunur və Rusiya müdafiə sənayesi tərəfindən istifadə edilən məhsulları istehsal edir.

Mənbə axar.az

Oxşar Xəbərlər