Digər

Xərçəng xəstələrini daşıyan təyyarə qəzaya uğradı

22 Jun 2026, 10:57 10 baxış
Xərçəng xəstələrini daşıyan təyyarə qəzaya uğradı

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus “Cessna FAB-409” təyyarəsi qəzaya uğrayıb, 6 nəfər həlak olub.


Axar.az xəbər verir ki, bu barədə Boliviya mediası məlumat yayıb.


Məlumata görə, təyyarə El Alto şəhərindən Koçabambaya uçurmuş:


“Təyyarədə olanların hamısı - iki heyət üzvü və dörd mülki şəxs həlak olub. Təyyarə And dağlarının ucqar bir dağlıq bölgəsində tapılıb. Təyyarə xərçəng xəstəsi olan uşaqların müalicə mərkəzlərinə daşınması üçün istifadə olunur”.


Qəzanın səbəbləri açıqlanmayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər