Kriminal
Sumqayıtda 18 yaşlı qız evdə tanışını bıçaqladı
Sumqayıt şəhərində gənc qız oğlanı bıçaqlayıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisindəki mənzillərdən birində baş verib. Şəhər sakini 2008-ci il təvəllüdlü G.Əfəndiyeva aralarında yaranmış münaqişə zəminində 2006-cı il təvəllüdlü Qismət Şamo oğlu Baxşalıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən G.Əfəndiyeva müəyyən olunaraq saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az