Kriminal

Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü - ÖZƏL

28 Sep 2026, 16:02 2 baxış
Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada öldü - ÖZƏL
Ağdaş rayonunda gəlininin evinə qanunsuz basqın etməklə onu bıçaqlamaqda təqsirləndirilərək həbs edilən 72 yaşlı kişi istintaq təcridxanasında ölüb. Oxu.Az-ın məlumatına görə, 1954-cü il təvəllüdlü Xanbala Ağayev saxlanıldığı təcridxanasında dünyasını dəyişib. Onun meyiti ailə üzvlərinə təhvil verilib. Xatırladaq ki, Ağdaş rayon sakini X.Ağayevin oğlu ötən il yol-nəqliyyat hadisəsi zamanı həlak olub. Hadisədən sonra onun gəlini X.Ağayevin evindən çıxaraq ayrı yaşamağa başlayıb. X.Ağayev gəlinin ünvanını öyrənərək həmin mənzilə qanunsuz daxil olaraq onu öldürməyə cəhd edib. O, gəlininə bir neçə bıçaq zərbəsi endirib. Səsə X.Ağayevin qardaşı oğlu İslam Ağayev gələrək X.Ağayevin cinayəti başa çatdırmasına mane olub. Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən X.Ağayev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, X.Ağayev istintaq təcridxanasında ölüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər