Digər

2030-cu ildə böyük müharibə olacaq - Qruşko

22 Jun 2026, 09:00 1 baxış
2030-cu ildə böyük müharibə olacaq - Qruşko

NATO ölkələri 2030-cu illərdə Rusiya ilə hərbi toqquşmaya real hazırlıq görürlər.


Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko "İzvestiya"ya verdiyi açıqlamada deyib.


“Siyasətin mahiyyətinə, beynəlxalq səhnədəki hərəkətlərə, NATO və AB ölkələrinin formalaşdırdığı prioritetlərə baxdıqda, görürük ki, onların əsas məqsədi Rusiyanın strateji məğlubiyyətinə nail olmaqdır. Onların Rusiya Federasiyasına qarşı aqressiv istəklərini nəzərdə tuturam. Əlbəttə ki, biz belə bir nəticəyə gəlirik ki, onlar həqiqətən hardasa 2030-cu ildə Rusiya ilə hərbi toqquşmaya hazırlaşırlar”, - deyə o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər