Digər

Kəskin dəyişiklik var, Rusiyanın qarşısını ala bilmərik - Mema

22 Jun 2026, 09:22 2 baxış
Kəskin dəyişiklik var, Rusiyanın qarşısını ala bilmərik - Mema

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin və prezidentin köməkçisi Yuri Uşakovun Ukrayna ilə bağlı son bəyanatları Moskvanın mövqeyində kəskin dəyişiklikdən xəbər verir.


Axar.az xəbər verir ki, bunu finlandiyalı siyasətçi Armando Mema X səhifəsində yazıb.


"Bu, Avropa Komissiyasının sədri Ursula fon der Leyenin proqnozlaşdırdığından çox fərqlidir, çünki tezliklə yeni əks-tədbirlərlə münaqişənin eskalasiyasını görəcəyik.


Əgər avropalılar G7 sammitində eskalasiyadan daha çox diplomatiyaya can ataraq fərqli yanaşma nümayiş etdirsəydilər, bunun qarşısını almaq olardı",- o bildirib.


Qeyd edək ki, Medvedyev Polşanın ən yüksək dövlət mükafatı olan “Ağ Qartal” ordenindən məhrum edilən Ukrayna Prezidenti Vladimir Zelenskidən sonra bu mükafatı qəbul etməkdən imtina edən Ukraynanın keçmiş prezidentlərini nasistlərlə müqayisə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər