Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?
Ukrayna və Polşa arasındakı diplomatik mübahisə iki ölkənin bütün Avropa üçün vacib olan müttəfiqlik münasibətlərini riskə atıb.
Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.
Məlumata görə, mübahisənin mənşəyi və gedişatına Ukrayna Prezidenti Vladimir Zelenskinin “Ukrayna Üsyançı Ordusu”nun qəhrəmanlarının şərəfini qoruyan fərmanı səbəb olub, Polşa prezidentinin isə Zelenskini Polşa ordenindən məhrum etmək qərarı mübahisəni yeni səviyyəyə qaldırıb:
"Mübahisə həssas dönəmdə yaranıb. Polşa Rusiyaya qarşı müharibədə Ukraynanın əsas müttəfiqlərindən biri olaraq qalır və Qərbin Kiyevə hərbi yardımının əhəmiyyətli hissəsi onun ərazisindən keçir".
Varşava Universitetinin politologiya üzrə eksperti Aleksandra İvanyuk nəşrə bildirib ki, indiki gərginlik ilk növbədə Moskvanın xeyrinədir:
"Hər iki tərəf ağrılı tarixi məsələlərə qayıtmaqla öz strateji maraqlarını riskə atır. Hər iki tərəf strateji olaraq öz ayağına atəş açır, Moskva isə qalib gəlir".
Qeyd edək ki, Polşa Prezidenti Karol Navrotski Ukrayna Silahlı Qüvvələrinin bölməsinə “Ukrayna Üsyançı Ordusu”nun adını vermək qərarına görə Prezident Vladimir Zelenskini “Ağ Qartal” ordenindən məhrum etmişdi.