Digər
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Belarus fəaliyyəti ilə sübut etməlidir ki, o, Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etmir.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, artıq Belarus Prezidenti Aleksandr Lukaşenkonun sözləri kifayət deyil.
Zelenski onu da qeyd edib ki, Kiyev dəfələrlə Minskdən Belarus ərazisində Rusiya pilotsuz təyyarələrinin Ukrayna şəhərlərinə daha dəqiq zərbələr endirməsinə kömək edən retranslyatorların sökülməsini tələb edib:
"Qoy “üzr istəyirəm”i özündə saxlasın. Bu, artıq müharibənin ikinci günündən işləmir. Mən ona izah etdim: birinci addım - rus retranslyatorları üçün texniki dəstək olmamalıdır".
Mənbə
axar.az