Digər
Rusiyada bu şəhər su altında qaldı - Video
Rusiyanın Orenburq şəhəri və ətraf ərazilər güclü yağıntılardan sonra subasmaya məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Yayılan videolarda onlarla maşının su altında qaldığı, insanların rezin qayıqlarla evlərinə getməyə çalışdığı əks olunur.
Məlumata görə, hazırda ən kritik vəziyyət Priqorodnı qəsəbəsi və Krona yaşayış kompleksinin ətrafında hökm sürür.
Sakinlərin sözlərinə görə, Priqorodnıda hətta 2024-cü il daşqınları zamanı belə, suyun səviyyəsi daha aşağı olub.
Mənbə
axar.az