Kriminal
Bakıda avtobus yaşlı qadının üzərindən keçdi - Video
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.
Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı, 10-TG-815 dövlət qeydiyyat nişanlı avtobus piyadanın üstündən keçib.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az