Şou biznes

Müğənni Mərdan Kazımov: "Bacımı öpəndə bədəninin soyuq olduğunu hiss etdim və məlum oldu ki..." - VİDEO

21 Jun 2026, 01:00 2 baxış
Müğənni Mərdan Kazımov: "Bacımı öpəndə bədəninin soyuq olduğunu hiss etdim və məlum oldu ki..." - VİDEO
"Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Mərdan Kazımov olub. O, vaxtilə Ankarada yaşayarkən maddi çətinliklərə görə küçədə qaldığı günləri xatırlayıb: "İşlərimiz zəiflədiyindən kirayə pulunu ödəyə bilmirdik. Ev sahibi çıxmaq üçün bir həftə vaxt versə də, bir gün sonra gəlib bizi evdən çıxardı. Yanımda pişiyim, gitaram və bir çamadanım var idi. Hətta hostelə verməyə belə pulum yox idi.
Xahiş etsəydim, ailəm kömək edərdi, amma bunun mənim sınağım olduğunu düşünüb öhdəsindən tək gəlmək istədim. Bu hadisə mənə evsizliyin nə olduğunu başa saldı, artıq küçədə qalan insanlarla empatiya qura bilirəm". M.Kazımov həmçinin uşaq yaşlarında qarşılaşdığı ağır itkidən bəhs edib: "1998-ci ildə bacım Aydan dünyaya gəlmişdi. Cəmi 10 günlük idi. Bir gün onu öpəndə bədəninin soyuq olduğunu hiss etdim və məlum oldu ki, dünyasını dəyişib. Ona çox öyrəşmişdim, sanki ən yaxın dostumu itirdim. Düşünürəm ki, itki ilə erkən yaşda tanış olmaq insanı tez böyüdür. Bu ağrı mənə sevdiklərimin qədrini bilməyi öyrətdi".
Mənbə oxu.az

Oxşar Xəbərlər