Kriminal
Bakıda 56 yaşlı kişi bulvarda öldü
Bakıda meyit tapılıb. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində baş verib. Parkın ərazisində orta yaşlı kişinin meyiti aşkar edilib. Araşdırmalarla həmin şəxsin 1970-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşadət Mehdi oğlu Əlizadə olduğu müəyyənləşib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. İlkin ehtimala görə, R.Əlizadə park ərazisində ürək çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az