Kriminal

Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı

20 Jun 2026, 17:00 10 baxış
Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı
Zaqatala rayonunda kişi ehtiyatsızlıqdan yanıb. Oxu Az-ın məlumatına görə, hadisə rayonun Aşağı Tala kəndində baş verib. Rayonun Dağlı kənd sakini - 1994-cü il təvəllüdlü Taleh Tahir oğlu İdrisov Aşağı Talada evin həyətindəki su hovuzunda təmir işləri apararkən qaz balonu ilə ehtiyatsız davranıb. Nəticədə partlayış baş verib, T.İdrisov ağır yanıq xəsarətləri alıb. Ona Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bakı Yanıq Mərkəzinə köçürülüb. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Zaqatala sakini hovuzu təmir edərkən qaz balonu partladı, ağır yaralandı
Mənbə oxu.az

Oxşar Xəbərlər