Şou biznes
Məşhur telekomediya rejissoru Ceyms Berrouz vəfat etdi
"Dostlar" və "Böyük partlayış nəzəriyyəsi" kimi məşhur serialların ABŞ-li rejissoru Ceyms Berrouz 86 yaşında vəfat edib. Oxu.Az xəbər verir ki, bu barədə "New York Times" nəşri mərhumun sözçüsü Rik Rozenə istinadən məlumat yayıb. O, rejissorun vəfatını təsdiqləsə də, ölümün səbəbi və yeri barədə təfərrüatları açıqlamayıb. Xəbərdə bildirilir ki, 1940-cı ildə Los-Ancelesdə anadan olan Ceyms Berrouzun uşaqlıq illəri Nyu-Yorkda keçib. Televiziya sahəsində bir neçə il çalışdıqdan sonra - 1980-ci illərdə ABŞ və Böyük Britaniyada hitə çevrilən "Şən kompaniya" şousunun həmmüəllifi və əsas rejissorlarından biri olub. Yarım əsrdən artıq davam edən karyerası ərzində o, "Dostlar", "Böyük partlayış nəzəriyyəsi", "Uill və Qreys" də daxil olmaqla 1000-dən çox telekomediya filmlərini ərsəyə gətirib. Rejissor müxtəlif illərdə dəfələrlə nüfuzlu mükafatlara layiq görülüb.
Mənbə
oxu.az