Kriminal
Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu
Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib. Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az