Kriminal
Bakıda küçənin ortasında kişi ürəyindən bıçaqlandı
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadənxəbər verir ki, hadisə Yasamal rayonunda, "Nizami" metrostansiyası yaxınlığında qeydə alınıb.
İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub.
Mənbə
axar.az