Kriminal

Yasamalda bir nəfər küçədə bıçaqlandı

20 Jun 2026, 00:16 2 baxış
Yasamalda bir nəfər küçədə bıçaqlandı
Bakıda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Yasamal rayonunda, "Nizami" metro stansiyası yaxınlığında qeydə alınıb. İlkin məlumatlara görə, sözügedən şəxs ürək nahiyəsindən bıçaqlanıb və aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisədən dərhal sonra Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası çağırılsa da, onların vaxtında gəlmədiyi iddia olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər