Kriminal
Müharibədə daha bir azərbaycanlı həlak oldu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini 1984-cü il təvəllüdlü Xəyal Məmmədov Rusiya tərəfindən döyüşlərdə iştirak edib və dron hücumu nəticəsində ölüb.
Təxminən iki ay öncə Rusiyaya gedən X.Məmmədovla yaxınları sonuncu mayın 4-ü danışıb.
Onun nəşi hələ ki, tapılmır.
Rusiya tərəfindən nəzərdə tutulan vəsait də ödənilməyib.
Mənbə
axar.az