Siyasət
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib. Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev səfirliyin təsis edilməsi haqqında qanunu təsdiqləyib. Daha bir Sərəncamla Nazirlər Kabinetinə Lissabon şəhərində olacaq səfirliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək tapşırılıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.
Mənbə
oxu.az