Siyasət
Bəzi şəxslərə ortaaylıq maaşın 4 misli miqdarında PUL VERİLƏCƏK
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək. Oxu.Az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Diplomatik xidmət haqqında" qanuna əlavə edilən yeni - 30.1.14-cü maddədə əksini tapıb. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə ortaaylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Mənbə
oxu.az
Oxşar Xəbərlər