Kriminal
Zaqatalada QƏTL: 58 yaşlı kişi öldürüldü
Zaqatala rayonunda qətl hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Belə ki, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, Qımır kənd sakini, 1968-ci il təvəllüdlü Ələsgər Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az