Dünya
Brüssel qərar verdi: Aİ Ukrayna münaqişəsinin həllində rolunu aktivləşdirir
Avropa Ukraynadakı münaqişənin nizamlanmasında aparıcı rol oynamalıdır. Belə bir nəticəni 18 iyun tarixində Avropa İttifaqı (Aİ) Şurasının iştirakçıları Brüsseldə keçirilən sammitin birinci gününün yekunlarına əsasən qeyd ediblər. Oxu.Az xəbər verir ki, bu barədə Avropa Şurasının saytındakı bəyanatda deyilir. "Avropa gələcək nizamlanmada əsas rol oynayır və öz maraqlarını müdafiə etməyə hazırdır", - deyə bəyanatda qeyd olunur. Bundan əlavə, qeyd olunur ki, Aİ Ukrayna münaqişəsinin nizamlanmasında iştirakını "aktivləşdirməyə hazırdır".
Mənbə
oxu.az