Siyasət

Cari ildə ölkədə aksizli malların dövriyyəsində baş verən hüquq pozuntularının SAYI AÇIQLANDI

19 Jun 2026, 11:51 2 baxış
Cari ildə ölkədə aksizli malların dövriyyəsində baş verən hüquq pozuntularının SAYI AÇIQLANDI
"2026-ci yanvarın 1-dən bu günə qədər ölkədə aksizli malların dövriyyəsi və gömrük qaydalarının pozulması ilə bağlı baş verən hüquq pozuntularının sayı açıqlanıb". Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin rəisi Orxan Sultanov qurum tərəfindən idarəyə təşkil olunan mediaturda məlumat verib.
O bildirib ki, cari il ərzində ölkədə aksizli malların dövriyyəsi və gömrük qaydalarının pozulması ilə bağlı 1 072 hüquqpozma faktı qeydə alınıb: "Qeydə alınan hallardan 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakteri daşıyır. Cinayət xarakterli faktlardan 3-ü üzərində məcburi nişanlama aparılmalı olduğu halda nişanlanmamış siqaretlərin qanunsuz dövriyyəsi ilə bağlıdır. Keçirilən əməliyyatlar zamanı ümumilikdə 73 840 ədəd belə siqaret qanunsuz dövriyyədən çıxarılıb. Digər bir cinayət faktı üzrə isə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 308.3 karat brilyant qaş aşkar edilərək götürülüb". Onun sözlərinə görə, gömrük qaydalarının pozulması ilə bağlı təqsirkar fiziki şəxslərə ümumilikdə 97 169.3 manat məbləğində cərimə tətbiq olunub. Tətbiq olunan cərimələrin 81 146.35 manatının ödənilməsi təmin edilib.
Cari ildə ölkədə aksizli malların dövriyyəsində baş verən hüquq pozuntularının SAYI AÇIQLANDI Cari ildə ölkədə aksizli malların dövriyyəsində baş verən hüquq pozuntularının SAYI AÇIQLANDI
Mənbə oxu.az

Oxşar Xəbərlər