Kriminal
Məşhur aktyor arvadı ilə birgə faciəvi şəkildə öldü - Foto
“All my children” ("Hamısı mənim uşaqlarımdır") serialı və "Supermen" filmindəki rolları ilə tanınan Pol Eyveri həyat yoldaşı ilə birlikdə faciəli şəkildə ölüb.
Kult.az xəbər verir ki, bu barədə WFMZ telekanalı məlumat yayıb.
Bildirilib ki, aktyor və arvadı Şeyla Nyu-Cersi ştatındakı evdə yanğın zamanı mənzildən çıxa bilməyiblər. Xilasedicilərin zərərçəkənlərə təcili yardım göstərmək cəhdlərinə baxmayaraq, cütlüyü xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "All my children" serialında Pol Eyveri 10 ildən artıq müddətdə barda işləyən xarizmatik personaj “Hyui” rolunu oynayıb. O, həmçinin 1978-ci ilin kult filmi "Supermen"də teleoperator rolunda çəkilib.
Mənbə
axar.az