Kriminal

Ağdamda avtomobil 4 piyadanı vurdu

19 Jun 2026, 00:41 4 baxış
Ağdamda avtomobil 4 piyadanı vurdu

Ağdam rayonunda dörd piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az-ın Trend-ə istinadən məlumatına görə, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.


İlkin məlumata əsasən, VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında olan dörd piyadanı vurub.


Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslər Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.


Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər