Dünya

Makron İran-ABŞ gərginliyindən danışdı: "Münaqişə hələ bitməyib"

19 Jun 2026, 00:00 3 baxış
Makron İran-ABŞ gərginliyindən danışdı: "Münaqişə hələ bitməyib"
ABŞ və İsrailin İrana qarşı müharibəsi tərəflər arasında imzalanan memoranduma baxmayaraq, hələ tam başa çatmayıb. Oxu.Az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "France 2" telekanalının efirində bəyan edib. "Mən düşünmürəm ki, bu münaqişənin qəti şəkildə nizamlandığını söyləmək olar", - deyə Makron jurnalistin İranla bağlı münaqişənin ilkin yekunlarına qiymət vermək xahişini cavablandırarkən bildirib. O qeyd edib ki, əldə olunan razılaşma Livana şamil olunan atəşkəs rejimini və Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin bərpasını nəzərdə tutur: "60 gün keçdikdən sonra biz nüvə proqramı və ballistik raketlərlə bağlı hansı addımların atılacağını, həmçinin İranın həqiqətən də əvvəlkindən daha az təhlükəli olub-olmadığını müəyyən etməli olacağıq". Xatırladaq ki, ABŞ və İran arasında münaqişənin dayandırılmasını nəzərdə tutan 14 bəndlik memorandum artıq imzalanıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər