Dünya

Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi

18 Jun 2026, 22:24 2 baxış
Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi
2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymət səviyyəsi Avropa İttifaqında (Aİ) ən yüksək göstəriciyə çataraq Aİ üzrə orta səviyyənin 140%-ni təşkil edib. Oxu.Az xəbər verir ki, bu barədə "Avrostat"ın rəsmi saytında məlumat dərc olunub. Məlumata görə, İrlandiyada analoji göstərici 136%, Lüksemburqda isə 132% olub. Ən aşağı qiymət səviyyələri isə Bolqarıstanda (63%), Rumıniyada (65%) və Polşada (73%) qeydə alınıb. Bildirilib ki, ötən il ev təsərrüfatlarının ən böyük xərc maddəsi olan mənzil xərcləri İrlandiyada Aİ üzrə orta göstəricinin 190%-nə çatdığı halda, Bolqarıstanda bu rəqəm cəmi 41% təşkil edib. Əhəmiyyətinə görə ikinci əsas xərc kateqoriyası qida məhsulları və alkoqolsuz içkilər olub. Bu sahədə ən yüksək qiymətlər Lüksemburqda (Aİ üzrə orta səviyyənin 122%-i), ən aşağı qiymətlər isə Rumıniyada (80%-i) qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər