Dünya

Ceff Bezos "Milyarderlər bunkeri" kimi tanınan adada inanılmaz dərəcədə bahalı malikanə tikir

18 Jun 2026, 18:36 3 baxış
Ceff Bezos "Milyarderlər bunkeri" kimi tanınan adada inanılmaz dərəcədə bahalı malikanə tikir
Ceff Bezos özü və həyat yoldaşı Loren Sançes üçün yeni yuva tikməyə qərar verib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "RadarOnline" portalı yazıb. Məlumata görə, milyarder "Milyarderlər bunkeri" kimi tanınan adada inanılmaz dərəcədə bahalı malikanə tikir. Portalın məlumatına görə, bu, sadəcə bir ev deyil, eyni zamanda üç sahəni əhatə edən bütün bir kompleks olacaq. Layihə artıq hazırdır - onun yaradılması üçün Bezos dünyanın ən yaxşı memarlarını toplayıb. İlkin dəyər 250 milyon dollardır. Ceff Bezos bu adada artıq iki mülkə sahibdir. Özünün nəhəng malikanəsinin tikintisi çərçivəsində o, artıq sahib olduğu iki evi tamamilə yenidən inşa edəcək. Tikintinin miqyası artıq misligörünməmiş adlandırılıb - hətta dünyanın ən varlı insanlarının əmlak əldə etdiyi bu ada üçün belə.
Mənbə oxu.az

Oxşar Xəbərlər