Dünya

"Traber işi" üzrə daha iki nəfər həbs edildi

18 Jun 2026, 17:32 2 baxış
"Traber işi" üzrə daha iki nəfər həbs edildi
Rusiyada iş adamı İlya Traberin ittiham olunduğu qətl işi üzrə daha iki nəfər həbs edilib. Onlardan biri Traberin uzunmüddətli biznes ortağıdır. Oxu.Az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Məlumata görə, Basmannı Rayon Məhkəməsi Vladimir Danilenko və Səid Saladinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Danilenko Traberin köhnə biznes ortağı sayılır. İndi ona qətlin təşkilində ittiham irəli sürülüb. Bundan bir gün öncə isə qətlin ehtimal olunan icraçısı Əlisultan Nadirbəyov həbs edilmişdi. Dörd nəfərin hamısına tamah məqsədilə, mütəşəkkil dəstə tərəfindən törədilən qətl və qanunsuz silah dövriyyəsi maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, Traberin özünün saxlanılması barədə mayın 17-də məlum olub. Məlumata görə,məsələ 2020-ci ilin oktyabrında güllələnən deputat və iş adamı Aleksandr Petrovun sifarişli qətli ilə bağlıdır. Omskda anadan olan İlya Traber Peterburqun nüfuzlu sahibkarı sayılır. Onun biznesi əsasən şəhər limanları ilə bağlıdır. Məlumata görə, o, "Baltik Gəmi Mexaniki Zavodu" ASC-nin nizamnamə kapitalında böyük paya sahibdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər