Dünya

Belçika Ukrayna ilə bağlı qərarı dəyişdi: Kiyevə daha çox "F-16" göndəriləcək

18 Jun 2026, 13:32 2 baxış
Belçika Ukrayna ilə bağlı qərarı dəyişdi: Kiyevə daha çox "F-16" göndəriləcək
Belçika Ukrayna Silahlı Qüvvələrinə vəd ediləndən daha çox "F-16" qırıcı təyyarəsi vermək qərarına gəlib. Oxu.Az-ın İnterfaks.ua-ya istinadən xəbərinə görə, bu barədə Belçika müdafiə naziri Teo Franken NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündən əvvəl jurnalistlərə məlumat verib. "Biz Ukraynaya yardımımızı artırırıq. Bu il yeddi "F-16" verəcəyik ki, onlardan dördü ehtiyat hissələri üçündür, üçü isə Ukraynanı Rusiya təcavüzündən qorumaq üçün Ukrayna səmasında missiyalar yerinə yetirməyə hazırdır", - deyə Franken bildirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər