Dünya

Rütte: "ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq"

18 Jun 2026, 12:44 2 baxış
Rütte: "ABŞ qoşunlarının Avropadan çıxarılması dərhal başlayacaq"
Şimali Atlantika Alyansının (NATO) Baş katibi Mark Rütte ABŞ-nin Avropadakı hərbi kontingentini azaltmağa dərhal başlayacağını təsdiqləyib. Bununla belə, o, müharibə baş verəcəyi təqdirdə Vaşinqtonun Avropanı qorumaq üçün əlindən gələni edəcəyinə ümid etdiyini bildirib. Oxu.Az xəbər verir ki, bu barədə TASS Mark Rüttenin jurnalistlərə verdiyi açıqlamasına əsasən məlumat yayıb. "NATO-nun qüvvə konfiqurasiyası sadəcə planlaşdırma alətidir. ABŞ bir neçə cəbhədə fəaliyyət göstərməlidir və resurslarını dağıtmaq istəmir. Buna görə də onlar Avropadakı iştiraklarını bir qədər azaldacaqlar. Bu barədə əvvəlcədən xəbərdarlıq edilmişdi. Dünən G7 sammitində bunun dərhal baş verib-verməyəcəyini soruşdular. Bəli, dərhal başlayacaq", - deyə Rütte müdafiə nazirlərinin görüşündən əvvəl jurnalistlərə bildirib. Baş katib əlavə edib ki, əgər müharibə başlasa və NATO Nizamnaməsinin 5-ci maddəsi işə düşsə, ABŞ də daxil olmaqla bütün müttəfiqlər alyansın döyüş qabiliyyətini təmin etmək üçün maksimum səy göstərəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər