Şou biznes
Məşhur teleaparıcı Ceremi Klarksonda xərçəngin aqressiv forması aşkarlandı
Avtomobillər haqqında "Top Gear" adlı əfsanəvi şousu ilə tanınan 66 yaşlı britaniyalı teleaparıcı Ceremi Klarksonda prostat xərçəngi aşkarlanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Page Six" nəşri məlumat verib. Teleaparıcı özünün "Klarksonun ferması" şousunun beşinci mövsümünün buraxılışlarının birində ona qoyulan xərçəng diaqnozu ilə bağlı danışıb. O, diaqnozu may ayında öyrənib. Aparıcı əlavə edib ki, ötən həftə biopsiya etdirib və xəstəliyinin xərçəngin aqressiv forması olduğunu bilib. Eyni zamanda, o vurğulayıb ki, xəstəliyə erkən mərhələdə diaqnoz qoymaq mümkün olub. Klarkson, həmçinin qeyd edib ki, bir neçə həftədən sonra onu əməliyyat edəcəklər və bu səbəbdən müvəqqəti olaraq işlərdən uzaqlaşmaq məcburiyyətində qalacaq. "Əgər hər şey uğurla keçərsə, altıncı mövsümdə ("Klarksonun ferması"nın) görüşərik. Əgər yaxşı olmazsa, o zaman görüşməyəcəyik", - deyə teleaparıcı bildirib.
Mənbə
oxu.az