Şou biznes
"Kaş meyxana deməzdik" - Orxan Lökbatanlıdan Aydın Xırdalanlı barədə ETİRAF - VİDEO
Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı görkəmli meyxana ustası Aydın Xırdalanlıya həsr olunub. Mərhum sənətkarın anası Bikəxanım Quliyeva oğlunun sağlığında onun sənətinə münasibətdən danışıb:
"Əvvəl çox sevinmirdim, fəxr etmirdim. Mənə qəribə gəlirdi, bir yerə gedəndə "Aydının anası" deyiləndə çox utanırdım. Deyirdim ki, burada nə var ki, meyxanadır da. Sonradan, artıq ölümündən sonra onunla fəxr etməyə başladım". Həmkarı, meyxana ustası Orxan Lökbatanlı isə Aydın Xırdalanlının yoxluğunun yaratdığı boşluqdan və sənətdən uzaqlaşmasından bəhs edib: "Mən həmişə deyirəm, kaş meyxana deməzdik. Təxminən bir ilə yaxındır ki, meyxana məclislərinə getmirəm. İçimdəki o yoxluğu, o təkliyi heç kimə izah edə bilmirəm. Adam qəribsəyir. Oturursan, ətrafına baxırsan ki, o insanlar yoxdur. Demirəm, başqaları pis meyxana söyləyir, söhbət ondan getmir. Sadəcə sənə doğma olan simalar artıq yoxdur".

Mənbə
oxu.az