Digər

Köçəryan İrəvandan qaçmaq istədi - imkan verilmədi

14 Jun 2026, 22:13 22 baxış
Köçəryan İrəvandan qaçmaq istədi - imkan verilmədi

Zvartnots hava limanındakı hüquq-mühafizə orqanlarının əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın Ermənistan Respublikası ərazisini tərk etməsinə icazə verməyiblər.


Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.


Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanın ofisi prezidentin Ermənistanı üç günlük səfərlə tərk etdiyini açıqlamışdı. Bildirilirdi ki, səfər şəxsi xarakter daşıyır, uzun müddətdir planlaşdırılırdı və seçkiqabağı iş qrafikinin gərgin olması səbəbindən təxirə salınmışdı.


İkinci prezidentin oğlu Levon Köçəryan atasının "şəxsi işlə əlaqədar" Rusiyaya getmək istədiyini təsdiqləyib.


Qeyd edək ki, seçkilərdən sonra (9 iyunda) Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan da İrəvandan getmək istəmişdi, lakin Zvartnots hava limanından geri qaytarılmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər