Hindistanda dəhşətli təyyarə qəzası belə baş verib - Video
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus An-32 nəqliyyat təyyarəsinin Assam ştatındakı “Corhat” aviabazasında eniş edərkən qəzaya uğraması anının görüntüləri yayılıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, "Life" nəşrinin dərc etdiyi videoda təyyarənin eniş zolağından çıxaraq aşdığı və alovlandığı görünür. Qəza nəticəsində təyyarədə olan beş hərbçinin hamısı həlak olub.
Qeyd edək ki, hadisə dünən baş verib. Hindistan Hərbi Hava Qüvvələri sosial şəbəkə hesabında təyyarənin planlı uçuş həyata keçirdiyini bildirib və qəza ilə bağlı araşdırmalara başlanılıb.
An-32 sovet hərbi-nəqliyyat təyyarəsidir və SSRİ aviasiya tarixində sırf ixrac üçün yaradılan, lakin SSRİ-nin öz silahlanmasına qəbul edilməyən yeganə təyyarə modeli kimi tanınır.
NDTV telekanalının məlumatına görə, Hindistanın hərbi arenalında 100-ə yaxın belə təyyarə mövcuddur.