Digər
İki helikopter toqquşdu: 6 nəfər öldü, 20 maşın yandı
Braziliyanın Rio-de-Janeyro şəhərinin qərb hissəsində iki helikopterin havada toqquşması nəticəsində ən azı altı nəfər ölüb.
Axar.az xəbər verir ki, bu barədə Braziliya Yanğınsöndürmə Xidməti məlumat yayıb.
Bildirilib ki, helikopterlər havada toqquşandan sonra elektrikli nəqliyyat vasitələrinin satışı üzrə ixtisaslaşmış avtomobil salonunun dayanacağına çırpılıb. Nəticədə ən azı 20 maşın yanıb.
Mənbə
axar.az