Digər

Putin Trampa zəng etdi

14 Jun 2026, 19:57 1 baxış
Putin Trampa zəng etdi

Rusiya Prezidenti Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub.


Axar.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.


O qeyd edib ki, Putin Trampı 80 illik yubileyi münasibətilə təbrik edib. Tramp Putinin təbriklərindən təsirlənib, ona təşəkkür edib və Rusiya prezidentinin bu gün ona zəng edən ilk xarici lider olduğunu bildirib.


Telefon danışığında Tramp Putini müharibəyə son qoymağa çağırıb. Liderlər iki ölkə arasındakı münasibətlərlə yanaşı, ABŞ-İran razılaşmasını da gündəmə gətiriblər.

Mənbə axar.az

Oxşar Xəbərlər