Digər
Polşada həkimin mülkündə 30-dan çox uşağın qalıqları tapıldı
Polşanın Rzeşov şəhərində 57 yaşlı patoloqun mülkündə 32 uşağın qalıqları aşkar edilib.
Axar.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
"Ərazini tikintiyə hazırlayan ekskavatorçu təsadüfən qalıqlara rast gəlib. İstintaq qazıntıları davam etdirir, ərazidə tibbi tullantılar və sənədlər də aşkar edilib.
Patoloqun sözlərinə görə, o, KOVİD-19 pandemiyası zamanı ölü doğulmuş körpələri araşdırma üçün xəstəxanadan götürüb və sonra onları mülkündə basdırıb.
Onu 12 ilə qədər həbs gözləyir", - məlumatda deyilib.
Mənbə
axar.az