Hakan Fidan Moskvada Lavrovla nələri müzakirə edəcək?
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan türkiyəli nazirin iyunun 15-17-də Rusiyaya səfəri zamanı Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılmasını müzakirə edəcək.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, o cümlədən nəqliyyat əlaqələrinin və kommunikasiyaların açılmasına, regionun münaqişədən sonra yenidən qurulmasına xüsusi diqqət yetirilir. Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdır. Buna "3+3" Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylərlə nail olmaq olar. Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini alqışlayır. Rusiya tərəfi də Mərkəzi Asiyada inteqrasiya proseslərinin inkişafının müzakirəsində maraqlıdır", - məlumatda deyilib.