ABŞ təyyarələri İsrail hava limanlarını iflic etdi
Müharibədə istifadə edilən ABŞ-ın tanker təyyarələri İsrail hava limanlarını həddindən artıq yükləyir və yay mövsümündə uçuşların ləğv olunması riskini yaradır.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, İsrailin nəqliyyat naziri Miri Regev İsrail Baş naziri Benyamin Netanyahuya ünvanladığı məktubda bildirib ki, yay turizm mövsümü üçün nəzərdə tutulan 2,4 milyonadək aviabilet ləğv edilə bilər. Problemin həlli üçün ölkənin yalnız çərşənbə axşamına qədər vaxtı var. Əks halda sərnişinlərə reyslərin ləğvi barədə məlumat verilməlidir.
Qeyd edək ki, hazırda Təl-Əvivdəki Ben Qurion hava limanı ərazisində ABŞ-a məxsus təxminən 72 yanacaqdolduran təyyarə yerləşdirilib. Bu təyyarələr hava limanındakı dayanacaq yerlərinin yarıdan çoxunu tutur.