İdman

Türkiyə millisi dünya çempionatları tarixində nadir rast gəlinən antirekorda imza atıb

14 Jun 2026, 16:24 1 baxış
Türkiyə millisi dünya çempionatları tarixində nadir rast gəlinən antirekorda imza atıb
Türkiyə millisi dünya çempionatları tarixində nadir rast gəlinən antirekorda imza atıb. Oxu.Az xəbər verir ki, bu barədə "Opta" portalı məlumat yayıb. Bildirilib ki, Türkiyə yığması 2026-cı il dünya çempionatının qrup mərhələsinin I turunda Avstraliya millisinə 2:0 hesabı ilə məğlub olmaqla maraqlı statistik göstərici ilə yadda qalıb. Belə ki, Türkiyə millisi 1974-cü ildə Uruqvayın İsveçi 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmadan sonra dünya çempionatı oyunlarında rəqib qapısına 30 və ya daha çox zərbə endirib məğlub olan ilk komanda olub. Bundan əlavə, Türkiyə yığması 2006-cı il dünya çempionatında İngiltərə və Portuqaliya milliləri arasında keçirilən və əsas vaxtı 0:0 hesabı ilə başa çatan, penaltilər seriyasında isə Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşan 1/4 final qarşılaşmasından sonra rəqib qapısına 30-dan çox zərbə vurub qol tapa bilməyən ilk komanda kimi tarixə düşüb. Qeyd edək ki, Türkiyə millisi qrup mərhələsinin II turunda iyunun 20-də Paraqvay, III turunda isə iyunun 26-da ABŞ yığması ilə qarşılaşacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər