Digər

Almaniyada nazirin çıxışını süni intellekt yazırmış

14 Jun 2026, 16:00 2 baxış
Almaniyada nazirin çıxışını süni intellekt yazırmış

Almaniyanın rəqəmsal naziri Karsten Vildbergerin rəsmi çıxış və mətnlərin hazırlanmasında süni intellektdən (Sİ) istifadə etdiyi ortaya çıxıb.


Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, nazirlik rəsmiləri Sİ-dən istifadəni təsdiqləyib və bunun mətnlərin ilkin qaralama mərhələsində tətbiq olunduğunu bildirib.


Qeyd edilib ki, çıxışların son versiyalarını insanlar yoxlayır və təsdiqlənir. Rəsmi açıqlamada bu addım süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası və rəqəmsallaşmanın sürətləndirilməsi kimi izah edilib.


Qurum Sİ-ni dəstək vasitəsi kimi gördüyünü və Almaniyanın bu texnologiyadan daha effektiv istifadə etməli olduğunu vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər