Digər
Yanacaq çatışmazlığı: Krıma turlar ləğv olunur
Krıma iyun ayı üçün turların 80%-i və iyul-avqust ayları üçün sifarişlərin 50%-ə qədəri ləğv olunub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Krımın Aluşta şəhəri yaxınlığındakı bəzi qonaq evləri sifarişlərinin 90%-ə qədərini itirib və otellərdə doluluq yarıya qədər azalıb.
Buna səbəb kimi Krımda bir müddətdir baş verən yanacaq çatışmazlığı göstərilir.
Mənbə
axar.az