İdman
Vinisius ispanca müsahibə verməkdən imtina etdi: "Mən braziliyalıyam" - VİDEO
Braziliya millisinin və "Real Madrid"in hücumçusu Vinisius Junior 2026-cı il dünya çempionatının qrup mərhələsində Mərakeş yığmasına qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyundan sonra ispan dilində müsahibə verməkdən imtina edib. Oxu.Az xəbər verir ki, bu barədə "Sport Express" nəşri məlumat yayıb.
Məlumata görə, venesuelalı jurnalist 25 yaşlı futbolçudan ispan dilində danışmasını xahiş edib. "Mən Braziliyadanam, ona görə də portuqal dilində danışacağam", - deyə Vinisius cavab verib. Qeyd edək ki, braziliyalı hücumçu Mərakeş millisi ilə qarşılaşmada qol vurub və matçın ən yaxşı oyunçusu seçilib. Braziliya millisi bir xalla DÇ-2026-nın C qrupunda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Komanda növbəti oyununu iyunun 20-də Haiti yığmasına qarşı keçirəcək.

Mənbə
oxu.az